Rusiya tərəfi hələlik saziş çərçivəsində Ermənistana heç bir silah göndərməyib.

"UnikaI" xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, silah tədarükü müqaviləsi hələ də qüvvədədir: "Hər zaman ümid var."

O, buna görə Rusiyanı məhkəməyə vermək ehtimalını da qiymətləndirib: "Lakin düşünürəm ki, məsələ tərəfdaşlıq yolu ilə həll olunacaq". 

Ağarza Elçinoğlu