"Doğum nisbətlərinin azalmasının dayandırılması və uşağa yaxşı baxım və təhsilin təmin edilməsi analarımızla birlikdə həll etməli olduğumuz ailə problemləridir". 

"Unikal" xəbər verir ki, bu ifadələri Şimali Koreya prezidenti Kim Çen In Milli Analar Yığıncağının açılışında deyib. 

Qadınları daha çox uşaq dünyaya gətirməyə çağıran Kim, doğum nisbətindəki azalmanı dayandırmağın "qadınların vəzifəsi" olduğunu bildirib. 

Digər tərəfdən, Şimali Koreyada sağlamlıq problemləri ilə məşğul olan Ahn Kyungsu qeyd edib ki, ölkədəki bir çox ailələr birdən çox uşaq sahibi olmağı düşünmürlər. Ahn, ailələrin uşaqlarını böyütmək, onları məktəbə göndərmək və işlə təmin etmək üçün külli miqdarda pul xərcləməli olduğunun fərqində olduğunu söyləyib.