“Qarabağ” Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ” ilə keçirilən oyunda meydana kənar şəxsin çıxması səbəbindən cərimələnib.
"Unikal" xəbər verir ki, hadisə Ağdam təmsilçisinin 3:0 hesablı qələbə qazandığı qarşılaşmadan sonra baş verib.
Bu, son çempionun AFFA İntizam Komitəsi tərəfindən 800 manat cərimələnməsinə yol açıb.
Həmin turda “Sumqayıt” ilə görüşdə “Turan Tovuz”un 5, “Sabah”la matçda isə “Kəpəz”in 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən qərb komandaları hərəyə 700 manat cərimələnib.