Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə gedib. 

"Unikal" xəbər verir ki, Rusiya liderinin rəsmi qarşılanma mərasimi Qəsr əl-Vətən sarayında (Millət Sarayı) baş tutub. 

Putin sarayın əsas girişinə gəlib, Zayed ilə birlikdə qəbul salonuna gediblər. Hər iki ölkənin himnləri səsləndirilib, daha sonra prezidentlər birgə fotoşəkillər çəkdirmək üçün fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Mərasimdə Rusiya və BƏƏ-dən də nümayəndə heyətləri iştirak ediblər.

Daha sonra Putin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti danışıqlara başlayıb. Nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşdən sonra liderlər təkbətək danışacaqlar.

Ağarza Elçinoğlu