Dekabrın 6-da İrəvanda ağır avtomobil qəzası baş verib.

"Unikal" xəbər verir ki, 28 yaşlı Levon Ayrapetyanın idarə etdiyi diplomatik nömrəli "Maserati" və 40 yaşlı Artur Davtyanın idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində yaralanan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Maserati-nin içində İslandiyanın Ermənistandakı fəxri konsulu olub. 

Ağarza Elçinoğlu