Ermənistan hansı döyüş sursatı aldığını çox yaxşı öyrənir. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Bastion” tipli zirehli maşınlar barədə bəyanatına istinadən bildirib. 

"Ermənistanı bəzi növ müdafiə vasitələri ilə təmin edən tərəfdaşlarla bizim aramızda mövcud olan qarşılıqlı etimad, məncə, çox təhlükəsizdir. Əlavə dəqiqləşdirmələr üçün Müdafiə Nazirliyi ilə danışmağı təklif edərdim ki, onlar sizi əmin etsinlər ki, Rusiya tərəfinin verdiyi bu şərhlər məntiqli və düzgün deyil".

Ağarza Elçinoğlu