Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə I Liqa oyununda stadionun giriş qapısına zərər vurduğu üçün AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
"Unikal" xəbər verir ki, “İrəvan”ın müdafiəçisi I Liqanın X turunda “Karvan”la keçirilən matçın ardından aqressiv davranışına görə, 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.
“İrəvan”ın digər üzvü Əli Əliyev isə stadionun paltardəyişmə otağının qapısına zərər vurduğundan, eyni şəkildə cəzalandırılıb.
Futbolçularının bu hərəkəti komandanı 200 manat ziyana salıb. Həmçinin, “İrəvan” stadiondakı əmlaka dəymiş zərəri ödəməli olacaq.