Avropa İttifaqının ardınca ABŞ kağız vizalardan imtina edərək rəqəmsal və ya elektron vizalara keçmək niyyətindədir.

"Unikal" xəbər verir ki, pilot proqrama Dublindəki Amerika səfirliyində start verilib. Həmçinin qeyd edilir ki, kağız vizadan elektron vizaya keçid Amerikanın dünyanın digər ölkələrindəki səfirliklərində viza müsahibələrinin aparılması prosedurunun ləğv ediləcəyi anlamına gəlmir.

ABŞ hakimiyyəti hesab edir ki, rəqəmsal vizanın tətbiqi viza müddətinin uzun sürən prosesini sadələşdirəcək, çünki Amerika səfirliyinə və ya konsulluğuna poçt vasitəsilə sənədlərin göndərilməsinə ehtiyac qalmayacaq.