Suriyanın şimal-şərqindəki Həsəkə vilayətinin Əl-Şəddadi şəhərindəki neft yataqlarında yerləşən Amerika bazası raket atəşinə tutulub.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Baza dörd raketlə atəşə tutulub.
Mərmilərin ABŞ hərbçilərinin baza kimi tutduğu Əl-Cəbsə tarlalarında evlərin ərazisinə düşdüyünü iddia edilir.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib ki, İran qüvvələrinin Yaxın Şərqdə ABŞ qüvvələri ilə insidentlə heç bir əlaqəsi yoxdur. Təşkilatın Təhlükəsizlik Şurasına göndərdiyi məktubda o qeyd edib ki, Tehran bu məsələ ilə bağlı əsassız ittihamları rədd edir.