İtaliyanın kommunikasiyalara nəzarət orqanı (AGCOM) "Alphabet"in YouTube və "Amazon" Twitch kanalını ölkədə qumar reklamını qadağan edən qaydaları pozduğuna görə cərimələyib.

"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, Youtube və Twitch müvafiq olaraq 2,25 milyon avro və 900 min avro cərimələnib.

 AGCOM onlara idman mərc oyunları da daxil olmaqla müxtəlif qumar növlərini təbliğ edən 20,000-dən çox onlayn videonun silinməsini əmr edib.

Nuranə Abbasova