Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisi yeni ildən başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib.
O qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İslam Respublikasının ən mühüm dəmir yolu layihəsidir.
Bu dəmir yolu Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. O, həm də Azərbaycan, Rusiya, İran və Hindistanın nəqliyyat kommunikasiyalarını birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin bir hissəsidir.
Rusiya mətbuatının məlumatına görə, layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir.
Ağarza Elçinoğlu