Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı telefon danışıqlarının dinlənilməsi ilə bağlı xəbərə ilk dəfə münasibət bildirib. 

"Unikal" xəbər verir ki, o, ofisində dinləmə qurğusunun tapıldığını təsdiqləyib.

“İcazə verin bunu deyim. Bu gün istifadə etməli olduğum ofisdir. Dünən yoxlama zamanı telefon dinləmə qurğusu aşkar edilib”, - Zalujni bildirib.

Həmişə bu idarədə işləmədiyini də təsdiqləyib. 

“İşlədiyim bir neçə ofisim var. Və onların birində dinləmə qurğusu tapılıb. Mən çoxdandır ki, bu kabinetdə deyiləm. Amma biz yoxladıq və tapdıq”, - deyə Ukrayna ordusunun baş komandanı bildirib.

15:53

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Konstantin Buşuyevin iş otağında dinləmə qurğusu aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

"Səs dinlənilməsi də Ali Baş Komandan Zalujnının şəxsi köməkçisi Konstantin Buşuyevin kabinetində tapılıb", - nəşr yazıb.