Rosfinmonitorinq yazıçı Boris Akunini (əsl adı Qriqori Çxartişvili) “terrorçular və ekstremistlər” siyahısına əlavə edib.
"Unikal" xəbər verir ki, yazıçının əsl adı Qriqori Şalvoviç Çxartişvili ilə göstərilir. Adının yanında ulduz (*) işarəsi var.
"Rossiyskaya qazeta" daha əvvəl yazmışdı ki, "haqqında terrorda iştirakı barədə məlumat olan təşkilatlar və şəxslər" ulduzlarla işarələnir.
2023-cü il dekabrın ortalarında Kremlpərəst prankerlər Vovan və Lexus Dmitri Bıkov və Boris Akuninlə söhbətlərini dərc ediblər. Prankerlər Ukrayna administrasiyasının nümayəndələri adından yazıçılarla əlaqə saxlayıblar.
Bundan sonra AST nəşriyyatı Akunin və Bıkovun kitablarının nəşrini dayandıracağını bəyan edib və bir sıra mağazalar onları satmaqdan imtina edib.