Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir, lakin xatırladır ki, Konqres bu məsələni Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə əlaqələndirir.
"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
"Biz də öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Lakin Konqresdə elə insanlar var ki, satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə mümkün olacağına qərar verib. Və biz Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq", - diplomat brifinqdə bildirib.
Ağarza Elçinoğlu