"Korrupsioner məmurların arvadları ərlərinin cinayətlərinə görə məsuliyyət daşıyırlar".

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu İndoneziyanın ədliyyə, siyasət və insan haqları naziri Məhəmməd Mahfud bildirib. 

“Bir çox hallarda ərlər arvadları pis olduğuna görə cinayətə əl atırlar. Bir çox rüşvətxor məmurlar arvadları onlardan pul tələb etdiyi üçün indi həbsdədirlər. Onların maaşı 20 milyon rupi (1400 dollar), lakin xərcləri 50 milyon rupi (32 min dollar) təşkil edir”, – siyasətçi qadınların dövlət quruculuğunda rolunun müzakirə edildiyi görüşdə deyib.

Nazirin bəyanatı qadın hüquqları müdafiəçiləri arasında sərt reaksiyalara səbəb olub. 

Nuranə Abbasova