"Meta" şirkətinin rəhbəri Mark Zukerberq ailəsinin yaşaması üçün gizli bunker inşa etdirir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yeni evin Havay adaları yaxınlığında okeanın ortasında tikilməsi planlaşdırılıb.
"Koolau" adlı bahalı mülk 5 000 kvadratmetr sahəni əhatə edəcək. Sığınacağın partlayışa davamlı möhkəm beton piltələrdən inşa edilməsi nəzərdə tutulub. Həmçinin, burada lüks malikanələr, uzun müddət qida saxlanılması üçün nəzərdə tutulan konteynerlər və təbii enerji mənbələri də olacaq. Bu sadəcə Zukerberq və ailəsi üçün lüks bir malikanə deyil, eyni zamanda qiyamət günü yaxınlaşdıqda sığınmaq üçün təhlükəsiz məkan olaraq da nəzərdə tutulub. Mark bu layihəni gizli saxlamağa çalışır. O tikinti işlərinin başlanacağı ərazini hasarladıb və işçilərlə məlumatların gizli saxlanılmasına aid müqavilələr imzalayıb.
Fidan Camal