İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dohada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Danışıqlar zamanı tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki siyasi vəziyyəti, eləcə də son hadisələri müzakirə ediblər”, - məlumatda qeyd olunub.