Hazırda Ukrayna üzrə sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərt yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Biz həqiqətən də inanırıq ki, danışıqlar mövzusu indi aktual deyil və dəfələrlə təkrar etmişik ki, bu danışıqlar üçün heç bir əsas, heç bir ilkin şərt yoxdur", - deyə diplomat Ukrayna liderinin bəyanatlarını şərh edərkən bildirib. 

Ağarza Elçinoğlu