Avropa İttifaqının Beynəlxalq Böhran Qrupunun prezidenti və icraçı direktoru Comfort Eron Ermənistana səfər edib. 

"Unikal" xəbər verir ki, direktor səfər çərçivəsində Aİ missiyasının nümayəndələri və həmkarları Olesya Vardanyan və Alisa de Karbonel ilə Ermənistan-Azərbaycan sərhədində olub.

Eron bu barədə özünün "X" səhifəsində yazıb: "Hər iki tərəfin döyüş mövqelərinin yaşayış məntəqələrinə qədər yaxın olduğunu görmək heyrətləndirir".

Ağarza Elçinoğlu