Moskva İrəvanla bütün məsələləri konstruktiv şəkildə həll etməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

"Biz güman edirik ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyası prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqa gələcək, burada Avrasiya İqtisadi Şurasının sessiyasında və MDB-yə üzv dövlətlərin rəhbərlərinin ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək", - deyə diplomat açıqlayıb. 

Ağarza Elçinoğlu