İrlandiya hökuməti Böyük Britaniyanın Şimali İrlandiya münaqişəsi zamanı törədilmiş qətllərdə təqsirləndirilən şəxslərə şərti amnistiya verilməsini nəzərdə tutan qanunu ilə əlaqədar Böyük Britaniyaya qarşı transsərhəd proseslərə başlamaq niyyətində olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə İrlandiyanın Xarici İşlər və Müdafiə Nazirliyinin rəhbəri Mixaul Martinin bəyanatında deyilir.

2023-cü il sentyabrın 18-də qüvvəyə minən mübahisəli qanun Şimali İrlandiyada 30 ildən çox davam edən silahlı münaqişə zamanı törədilən qətllərdə ittiham olunan şəxslərə şərti amnistiya təqdim edir. Bundan əlavə, qanun həmin hadisələrlə bağlı işlərdə yeni məhkəmə proseslərini və araşdırmaları dayandırır.
1921-ci ildə İrlandiya iki yerə bölündü. Əsasən İngiltərə və Şotlandiyadan olan mühacirlərin nəsillərinin yaşadığı kiçik, şimal hissəsi (Ulster) Böyük Britaniyanın tərkibində qaldı, qalan hissəsi isə Britaniya hökmranlığına çevrildi.

O vaxtdan bəri, müvafiq olaraq, London və müstəqillik tərəfdarları olan Unionistlər və Respublikaçılar arasında silahlı mübarizə praktiki olaraq heç dayanmayıb. İrlandiya Respublika Ordusu qrupu və onun sonrakı separatçı təşkilatları olan Real İRA və Müvəqqəti İRA 1970-80-ci illərdə Böyük Britaniyada bir çox terror aktları həyata keçirərək, Olsteri İrlandiya Respublikasına birləşdirməyə çalışırdılar.