Avropa Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandra qarşı korrupsiyada ittiham olunduğu üçün Aİ Şurasının tətbiq etdiyi sanksiyaları ləğv edib.

"Unikal" xəbər verir ki, həmin qərara görə, Aİ Şurası 2021-ci ildə tətbiq edilən sanksiyaları tətbiq etməzdən əvvəl qiymətləndirmədə səhvə yol verib və Yanukoviç və oğlunun Ukrayna məhkəməsində özlərini müdafiə etmək imkanının olub-olmamasını təmin etməyib. Buna baxmayaraq, ata və oğul Yanukoviç Aİ-nin tətbiq etdiyi digər sanksiyalara məruz qalmaqda davam edir.

Qeyd edək ki, onlar Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qəsddə mühüm rol oynamaqda, Aleksandr Yanukoviç isə Donbasdakı qruplaşmalarla sövdələşməyə girməkdə də ittiham olunurlar.