Gəncə şəhərini təmsil edən “Kəpəz” Peşəkar Futbol Klubunun stadionunda - Gəncə Şəhər Stadionunda yanğın olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, ümumi sahəsi 20 m² olan dəmir konteynerin taxtadan ibarət üzlüyü və içərisində olan əşyalar yanıb.

Yaxınlıqda olan digər konteyner yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 21:35

Gəncə şəhərini təmsil edən “Kəpəz” Peşəkar Futbol Klubunun stadionunda - Gəncə Şəhər Stadionunda yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə stadionun tikinti aparılan ərazisində baş verib.

Hadisə yerinə Gəncə Yanağından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Alov söndürülüb.

İlkin məlumata görə, hadisə elektrik naqillərində qeydə alınan qısaqapanmadan baş verib.