Oğuzda güclü külək iri gövdəli ağacı park ərazisinə aşırıb.

"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında Oğuz şəhəri, veteranlar parkının həyətində olan iri gövdəli qovaq ağacını güclü külək aşırıb.

Hadisə zamanı xəsarət alan olmasa da, parkın ərazisinə ziyan dəyib.

Seymur Əli