Ağdaşda mikroavtobus yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi rayonun Qumlaq kəndində baş verib.

Yanğın yerinə Agdaş  rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı Şirinov Rəhman Həmid oğluna məxsus "Mercedes" markalı mikroavtobusun yanar konstruksiyaları tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli