Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin Samux küçəsində olub.

"Ford" tranzit yük maşınının motosikletlə toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü motosikletçi Əhmədov Elvin Hafiz oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov