Gəncədə zəncirvari qəza olub, xəsarət alan var.

"Unikal" xəbər verir ki, hadisə  şəhərin 5-ci mikrorayonunda qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ", "NİSSAN" və "Hyundai" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparırılır.

Tural Əhmədov