Məktəblilər arasında hər il ənənəvi olaraq keçirilən "Şaxta babaya məktub" layihəsi çərçivəsində bu dəfə Abşeron rayon məktəblərindən birində təhsil alan azyaşlı sevinib. 

"Unikal" xəbər verir ki, Şaxta babadan hərbi xidmətdə olan atasını istəyən Uğur Babayev arzusuna çatıb. Laçın rayonunda hərbi xidmət keçən Samir Babayev oğlunu dərs zamanı sevindirib və onun görüşünə gəlib.

Həmin təsirli anları təqdim edirik: