Yaşlanma dərinin sallanması, qırışlar və fiziki zəifləmə kimi stereotipləri ehtiva edir. Lakin Koreyalı bir cütlük inanılmaz dərəcədə gənc görünüşləri ilə diqqət çəkib.

"Unikal" xəbər verir ki, cütlük həyat tərzi və görünüşləri ilə həmyaşıdlarından tamamilə fərqlənirlər.

56 yaşlı qadının və 61 yaşlı kişinin həyat hekayəsi olduqca fərqlidir.  Belə ki, cütlük sağlam qidalanır və  tez-tez yürüş edirlər. Bunun fonunda cütlük idmandan da geri qalmırlar. 

Fit bədənə sahib olan cütlük günlük macəralarını sosial şəbəkədə paylaşaraq, gəlir əldə edirlər. 

30 yaşlı övladları ilə fotolarını paylaşan ailə qısa zamanda sosial mediada gündəm olub. Bir çox istifadəçi valideynlərin övladlarından fərqlənmədiyini bildiriblər.