Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

"Unikal" xəbər verir ki, general-mayor Polad Həşimovun doğum günündə məzarı ziyarət olunub. Ziyarət edənlər arasında Müdafiə Nazirliyinin bir qrup zabiti və ictimaiyyət nümayəndələri də olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Foto: Ayxan Məlikov