Ötən il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.

"Unikal"ın məlumatına görə, 2023-cü ildə 153 uşağa Polad adı verilib.

Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, 2020-ci ildə 193, 2021-ci ildə 306, 2022-ci ildə isə 196 körpəyə Polad adı verilib.

Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Qeyd edək ki, bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür.

Anar Kəlbiyev