Bakıda ikimərtəbəli tikilidə yanğın olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, Nizami rayonunda ümumi sahəsi 350 m² olan ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 25 m² sahədə, otaqda 1 ədəd kondisioner və 1 ədəd kompüter əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.