Ermənistan baş nazirinin müavini, Ermənistan-İran İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Mher Qriqoryan Tehranda İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə İran prezidentinin saytı məlumat yayıb. 

"Biz Tehran və İrəvan arasında əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinin tərəfdarıyıq", - Rəisi bildirib.

O, Cənubi Qafqazın problemlərinə toxunaraq, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində İslam Respublikasının səylərini qeyd edib.

İran prezidenti daha sonra Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını alqışlayıb və dəstəklədiyini bildirib: "Biz problemlərin həlli bəhanəsi ilə bölgədə əcnəbilərin olmasına razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, həm də region xalqları və hökumətləri üçün daha böyük problemə çevriləcək". 

Ağarza Elçinoğlu