Volodimir Zelenski Ukrayna və Polşa sərhədindəki keçid məntəqələrinin davamlı olaraq bloklanması ilə bağlı vəziyyəti gülünc adlandırıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, düşmən artilleriyasının dayanmadan işlədiyi Kupyansk yaxınlığında Polşa ilə sərhəddən gələn xəbərlər sadəcə olaraq istehza xarakteri daşıyır.

"Hazırda cəbhənin bir neçə bölgəsində, rusların ehtiyatlarının maksimum miqdarını cəmlədiyi yerlərdə vəziyyət son dərəcə çətindir. Onlar Ukraynaya yardımın gecikməsindən istifadə edirlər və bunlar çox həssas mövzulardır. Artilleriya çatışmazlığı var, zenit müdafiəsinə və cəbhə xəttində uzaqmənzilli silahlara ehtiyac var", - prezident bildirib.

O vurğulayıb ki, polşalı etirazçılar tərəfindən iki ölkə arasında dövlət sərhədi keçid məntəqəsinin bağlanmasına Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı deyil, siyasi proseslər səbəb olub. 

Ağarza Elçinoğlu