Suriya prezidenti Bəşər Əsəd “Solovyov Live” telekanalına müsahibəsində ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyini bildirib.

"Unikal" xəbər verir ki, o, açıqlamasında “Media və digər məlumatların təhlili göstərir ki, Tramp qalib gələcək” deyib. 

Eyni zamanda Əsəd bildirib ki, ABŞ prezidentləri “bir-birinə bənzəyir”. O hesab edir ki, “Trampla Bayden sadəcə icraçı direktordurlar”.

“Siyasəti dəyişsə belə, siz bilməlisiniz ki, seçkilərdə kimin qalib gələcəyinin pərdə arxasında həqiqətən kiminsə siyasəti dayanır. Həmin siyasəti aparan bir oyunçudur - lobbi, media, maliyyəçilər və bankirlər, silahlar və neft. İstənilən halda kimsə qalib gələcək”, - deyəƏsəd əlavə edib.