Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustin və Əli Əsədov arasında keçirilən danışıqların yekunu olaraq hər iki ölkə arasında 2024-2026-cı illər üçün turizmin inkişafına dair yol xəritəsi imzalanıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, sənədi Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev imzalayıblar.

Bundan əlavə, danışıqların nəticəsi olaraq ölkələrin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı təsdiq edilib.

Bu sənəd də növbəti iki il üçün nəzərdə tutulub.

Nuranə Abbasova