Bolqarıstanın baş naziri Nikolay Denkov istefa ərizəsi ilə Milli Assambleyanın Qeydiyyat Departamentinə müraciət edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Denkovun istefası qəbul edilib.

Denkov bir neçə saat sonra mediaya açıqlamasında deyib:

“Bu, siyasi oyun deyil, sözə əməl etmək, davamlılığın, siyasi ədalətli oyunun və vətəndaşlara hörmətin ifadəsidir”. 

*** 19:50

Bolqarıstanın baş naziri Nikolay Denkov hökumətdən istefa məktubunu parlament ofisinə təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə BTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, baş nazirin bəyanatı parlament aparatına daxil olub. Hökumət başçısı rəsmi bəyanatla çıxış edəcək.

Bundan əvvəl hökumət başçısı martın 6-da istefasını rəsmən elan edəcəyini bildirmişdi.