Biz uzun müddətdir ki, KTMT ilə bağlı öz mövqeyimizi bildiririk. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

Onun sözlərinə görə, KTMT məsuliyyət daşıdığı sərhədi, yəni Ermənistanın Azərbaycan, Türkiyə, İran və Gürcüstanla həmsərhəd olan olan 29 800 kv.km ərazisini tanımalıdır: "KTMT tanıyana qədər bu məsələ havada qalır. Biz haradan bilək ki, Azərbaycan bizdən ərazi işğal edib, sərhəd var ki? Almatı bəyannaməsinə əsasən, Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olan inzibati sərhəd müstəqillik elan edildikdən sonra dövlətlərarası sərhədə çevrilib. O sərhəd var, biz gedib o sərhədi bərpa etməliyik. Ermənistan KTMT-nin üzvüdür və KTMT mütləq bu məsələni həll etməlidir".

Ağarza Elçinoğlu