ABŞ və Cənubi Koreyanın birgə təliminə cavab olan hərbi tədbirdə Şimali Koreyanın yeni döyüş tankı da təqdim edilib. 

"Unikal" xəbər verir ki, ölkənin Dövlət xəbər agentliyi KCNA Kimin tank sürdüyünü və durbinlə düşmən mövqelərini izlədiyini əks etdirən fotolar dərc edib. 

Agentlik, həmçinin tədbirdə Cənubi Koreyanın paytaxtı Seulu vurmağa qadir olan hərbçilərin də iştirak etdiyini bildirib.

Tədbirdə Şimali Koreyanın müdafiə naziri Sun Nam və yüksək rütbəli hərbçilər də yer alıb. Kim Çen In hərbi tədbirdə tankın qarşısında ordu ilə güc nümayişi etməsi dünya mediasının diqqətini çəkib. 

Gülayə Mecid