Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda "Rusiya Könüllülər Korpusu”nun (RDK)  üzvlərini saxlayıb. 

"Unikal" xəbər verir ki, kəşfiyyat xidmətinin məlumatına görə, cinayətkar qruplaşmanın üzvləri Şimal Hərbi Dairəsi zonasında fəaliyyət göstərən Rusiya hərbçiləri üçün qida məhsullarını güclü zəhərli maddə ilə zəhərləməyi planlaşdırıblar.

Onlar, həmçinin terror aktları törətmək məqsədi ilə regionda nəqliyyat vasitələri, həyat təminatı obyektləri və digər infrastrukturlar haqqında məlumat toplayıblar.

Qrupun fəaliyyəti Ukrayna hərbi kəşfiyyatının göstərişi əsasında həyata keçirilib.

Nəticədə dörd Sankt-Peterburq sakini məhkəmənin qərarı ilə həbs olunub. 

Gülayə Mecid