Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Regional vəziyyətə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara, sərhədin demarkasiyası prosesinə istinad edilib. Ermənistan-Avropa İttifaqı əməkdaşlığı və onun gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunub. 

Toivo Klaar qeyd edib ki, Aİ hərtərəfli və davamlı nizamlanma məqsədi ilə Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də 1991-ci il Alma-Ata bəyannaməsi əsasında razılaşma ilə delimitasiya prosesini dəstəkləyir. 

Ağarza Elçinoğlu