İtaliyanın şimalındakı Emiliya-Romanya, Lombardiya və Veneto bölgələrində güclü yağışdan sonra daşqınlar baş verib. 

"Unikal" xəbər verir ki, İtaliyanın yanğınsöndürmə briqadası Vigili del Fuoco Emilia-Romagna bölgəsindəki seldə 15 nəfərin həyatını itirdiyini açıqlayıb.

Məlumata görə, bölgələrdə mayın 16-dan etibarən fövqəladə vəziyyət elan edilib. İtaliya Milli Korpusun Hərbi Hava Qüvvələri tərəfindən 300-dən çox xilasetmə əməliyyatının həyata keçirildiyi və 12 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib. 

Zərifə Nağıyeva