Sankt-Peterburq - Ufa təyyarəsi Kirov vilayətində məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Təyyarə Sankt-Peterburqdan havaya qalxdıqdan sonra baqaj hissəsindəki yanğınsöndürmə sensoru işə düşüb. Ekipaj Kirov hava limanına enməyə qərar verib.
83 sərnişin ehtiyat təyyarə ilə Ufaya aparılacaq.
Şimal-Qərb Nəqliyyat Prokurorluğunun əməkdaşları tərəfindən yoxlama keçirilib.
Ağarza Elçinoğlu