Sankt-Peterburqda miqrantların leqallaşdırılması üçün böyük şəbəkə aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, cəmi bir il ərzində yeddi mindən çox əcnəbi qeyri-qanuni qeydiyyata alınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkar qruplaşmanın tərkibində Rusiya və qonşu ölkələrin 18 vətəndaşı olub. Qeyri-qanuni immiqrantlar dövlət xidmətləri portalında hesabları sındırılan Sankt-Peterburq sakinlərinin ünvanlarında qeydə alınıb.
Xidmətlərin dəyəri adambaşına 27 ilə 35 min rubl arasında dəyişib.
Ağarza Elçinoğlu