Böyük Britaniya səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya attaşesinin Londondan qovulması ilə bağlı etiraz bildirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

"Mayın 16-da Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu ölkənin hakimiyyətinin mayın 8-də Rusiyanın Londondakı səfirliyində müdafiə attaşesi ilə bağlı qəbul etdiyi qeyri-dost və əsassız qərarla bağlı sərt etiraz edilib", - nazirlik qeyd edib.

Rusiya cavab tədbiri olaraq Britaniyanın hərbi attaşesini Moskvadan çıxarıb.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiyanın cavab tədbirləri təkcə Britaniya hərbi attaşesinin ölkədən çıxarılması ilə məhdudlaşmayacaq, Moskva gələcək addımlar barədə Londonu məlumatlandıracaq.

“Britaniya tərəfinin mayın 8-də elan etdiyi qeyri-dost, anti-Rusiya hərəkətlərinə reaksiyamız bu tədbirlə bitmir”, - deyə nazirlik qeyd edib.

Nuranə Abbasova