Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, Estoniya parlamentinin dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı qanun qəbul etməsi kimi hərəkətlərə cavab vermək lazımdır.

"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

“Rusiyanın xaricdəki aktivləri bütün rusların sərvətidir! Ona görə də hesab edirəm ki, ölkəmizin açıq şəkildə soyulması üçün belə qərarların verildiyi məqamlar raket zərbəsi üçün bir nömrəli hədəf olmalıdır”, - Çeçenistan rəhbəri yazıb.

Nuranə Abbasova