Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun erməni tərəfinin Moskvadan Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərinin mühafizəsini davam etdirməsini xahiş etməsi barədə bəyanatını təkzib edib.

"Unikal" erməni KİV-nə istinadən xəbər verir ki, Qriqoryanın sözlərinə görə, onlar bu barədə Rusiyadan heç bir xahiş etmyiblər:

“Biz Rusiyaya hava limanı, Sisian və Qorisdəki rus bazalarını, eləcə də 17 sərhəd məntəqəsini geri çəkməyi təklif etdik, onlar razılaşdılar və soruşdular ki, biz onların Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərindən də çıxarılmasını istəyirikmi? Dedik ki, bu, müqavilə əsasındadır və biz bunu müzakirə etmirik. Bizim belə bir xahişimiz yox idi, mən sizə baş verənləri danışıram, qalanını ictimaiyyətin mühakiməsinə buraxıram”. 

Nuranə Abbasova