Mayın 17-də Ukraynada elektrik enerjisinin fövqəladə kəsilməsi davam edəcək.

"Unikal" xəbər verir ki, bu barədə “Ukrenergo” şirkəti “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Mayın 17-də fövqəladə dayandırmalar səhər saat 00:00-dan 08:00-dək və 19:00-dan 24:00-dək həyata keçiriləcək. Bu rejimin hansı bölgələrdə tətbiq olunacağı dəqiqləşdirilməyib.

Əvvəlki günlərdə Ukraynanın bütün bölgələrində elektrik enerjisi kəsilmişdi.