Hindistanın şərqindəki Qərbi Benqal əyalətində ildırım vurması nəticəsində azı 12 nəfər ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunub ki, hadisə əyalətin paytaxtı Kolkatadan 327 km şimalda yerləşən Malda kəndində sakinlərin tarlalarda işlədiyi vaxtda qeydə alınıb.

 Ölənlərdən əlavə, bir neçə nəfərin də yaralandığı deyilir. 

Ağarza Elçinoğlu