Kolumbiyada həbsxana müdiri şəxsi avtomobilini idarə edərkən silahlı hücuma məruz qalıb.

"Unikal" xəbər verir ki,  hadisə paytaxt Boqotada qeydə alınıb.  Belə ki, La Modelo həbsxanasının direktoru Elmer Fernandes avtomobil sürərkən motosikletli insanların hücumuna məruz qalıb.

Bədəninə çox sayda güllə dəyən Fernandes hadisə yerindəcə dünyasını dəyişib. 

Prezident Gustavo Petro "X" hesabında hücumu pisləyib və şübhəlilərin dərhal həbs edilməsini əmr edib. 

Məlumata görə, həbsxana müdiri Fernandesin bir müddət əvvəl bandaların tələblərini yerinə yetirmədiyi üçün ölümlə hədələdiyi üzə çıxıb.

Gülayə Mecid